Sabahdan Bakıda Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bu səbəbdən 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi – Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.