b9754909-16cc-422f-b13e-dfbd3e637260..jpg

“Bu, Ankaraya təzyiq cəhdidir” – Bundestaq deputatından ŞƏRH

Baxış sayı: 946 dəfə baxılıb.

“Bu, Ankaraya təzyiq cəhdidir” – Bundestaq deputatından ŞƏRH

“Türkiyənin NATO üzvlüyündən çıxarılması üçün hüquqi mexanizmlər yoxdur.
Bunlar hamısı populist bəyanatlardır, Ankaraya təzyiq cəhdidir, başqa bir şey
deyil”.

Bunu alman siyasətçi, AFR Bundestaqının (parlament) “Almaniya üçün Alternativ”
(“Alternative für Deutschland”, AfD) partiyasından olan deputatıYevgeni Şmidt
NATO və Türkiyə faktoru ilə bağlıCixisyolu.com -a
şərh verərkən bildirib.

O, hazırda NATO-da böhran olduğunu vurğulayıb.

“Bunu İsveç və Finlandiyanın NATO-ya qəbul prosesi göstərdi. Şimali Atlantika
alyansının bütün üzvləri bununla razılaşmır. Təbii ki, hər hansı hərbi bloka
daxil olmaq barədə qərar qəbul etmək onların suveren hüququdur və buna görə
tənqid oluna bilməzlər. Lakin Stokholm və Helsinki cari çağırışları və
nəticələri təhlil etsələr yaxşı olardı. Ümumiyyətlə, NATO ölkələrinin alyansın
gələcək inkişafı ilə bağlı fərqli baxışları var. Ukraynadakı münaqişə ilə bağlı
da mübahisələr var (söhbət Kiyevə hərbi yardımdan gedir – red.)”, – deyə
politoloq bildirib.

Türkiyəni Şimali Atlantika Alyansından çıxarmaq barədə ABŞ-də uzun müddətdir
davam edən çağırışlara gəlincə isə, siyasətçi Türkiyə ordusunun Avropanın ən
böyük ordusu olduğundan bunun mümkün olmadığını bildirib.

“Amma Avropanın müdafiə mərkəzinin Vaşinqtondan Avropaya köçürülməsinə ehtiyac
olması faktdır. Hazırda NATO-da Birləşmiş Ştatlar üstünlük təşkil edir. Biz
hərbi blokda qüvvələrin uyğunlaşdırılmasına yenidən baxmalıyıq, Avropa
güclənməlidir”, – deyə o, əlavə edib.

Siyasi ekspert NATO üzvü olan iki ölkənin – Türkiyə və Yunanıstanın bir-biri
ilə problemləri oduğunu xatırladıb.

“Amma dediyim kimi, heç kim Türkiyəni NATO-dan kənarlaşdırmayacaq”, – deyə
Yevgeni Şmidt sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Source link