98188400-6141-413d-acb2-63e50540ab1b..jpg

Bu ay 891 nəfər zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib: Ölənlər var

Baxış sayı: 2. 222 dəfə baxılıb.

Bu ay 891 nəfər zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib: Ölənlər var

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 891 nəfər
müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Cixisyolu.com-a verilən məlumata görə, onlardan 126
nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım
göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm
qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib.
Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya
yerləşdirilib.

Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub. Həkimlərin
səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 5 nəfər sirkə
turşusundan, 1 nəfər dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib.
Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 6-sı kişidir.

Source link