Bu bank müştərilərinə 170 min AZN-dən artıq pul qaytarıb

Bu bank müştərilərinə 170 min AZN-dən artıq pul qaytarıb

Baxış sayı: 2. 467 dəfə baxılıb.

“Expressbank” kartları ilə alış-veriş zamanı real pul qazanmaq mümkündür. Bankın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer tutan “ExpressClub” məhz müştərilər üçün düşünülmüş unikal xidmətdir. 

“ExpressClub” bu günədək müştərilərinə 170 min AZN-dən artıq cashback qaytarıb. “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan “ExpressClub” layihəsi çərçivəsində, “Expressbank”ın plastik kart sahibləri ölkədaxili onlayn və ya POS-terminal vasitəsilə alış-veriş edərkən xərclənən məbləğin bir hissəsini karta geri alırlar (cashback).

Müştərilər bu vəsaiti həm nağdlaşdıra, həm də POS-terminal vasitəsilə yenidən alış-veriş edə bilərlər.

“ExpressClub” tərəfdaş şəbəkəsinə daxil olan satış nöqtələrində “CashBack” 20%-dək hesablanır. 

Klubun xüsusi üstünlüyü – onun tərəfdaş olmayan nöqtələrdə belə POS-terminal vasitəsilə xərclənən vəsaitin 0,3% hissəsinin karta geri qayıtmasıdır.

Tərəfdaşların siyahısı ilə www.expressclub.az saytında tanış ola bilərsiz. 

Bütün bu fürsətlərdən yararlanmaq üçün, sadəcə, “Expressbank”ın səhifəsinə və ya filiallarına müraciət edərək istənilən kartına sahib olmaq kifayətdir.

“Cashback” xidməti haqqında daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə, www.expressclub.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/expressclubaz) müraciət edə bilərsiniz.

www.ÇıxışYolu.Com