Bu dəfə Azərbaycan Qran Prisinin açılışı fərqli olacaq

Baxış sayı: 3. 002 dəfə baxılıb.

Bu dəfə Azərbaycan Qran Prisinin açılışı fərqli olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən “Formula 1” SOCAR Azərbaycan Qran Prisi 2019 yarışının açılışı əvvəlkilərdən fərqli olacaq.

ÇıxışYolu.Com xəbər verir ki, saat 15:40-da başlayacaq açılışda əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim olunacaq.

Sonra himn mərasiminə start veriləcək. Mərasimdə Azərbaycan dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndiriləcək. Himn mərasimində Azərbaycan Respublikası hökumətinin yüksək rəsmiləri, “Formula 1” şirkətinin rəhbərliyi və pilotlar iştirak edəcəklər. Pilotları “Gələcəyin ulduzları” adlanan azyaşlılar müşayiət edəcək.

Himni respublikanın əməkdar artistləri Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslüblarında ifa edəcəklər. Onları tarda əməkdar artist Şəhriyar İmanov, nağarada əməkdar artist Kamran Kərimov, voilonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edəcəklər. İfaçılar xalq və klassik üslublarına aid geyimdə olacaqlar.

Səbuhi MUSAYEV