Oktyabrın 26-dan 27-nə keçən gecə saat 2 radələrindən 6 radələrinədək COP29
tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bəzi küçə və prospektlərində
nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün məhdudiyyətlər
tətbiq edilməklə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Bu barədə Cixisyolu.com-a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat
verilib.
Bildirilib ki, hava limanı istiqamətinə alternativ yol kimi sürücülər “20
Yanvar”, Ziya Bünyadov, Qara Qarayev prospekti, Nargilə dairəsi kimi tanınan
ərazidən Zığ yoluna keçməklə hərəkət edə bilərlər.
Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət
tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsi, Albalılıq ərazisi və Qala
dairəsindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.
Cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi
isə sürücülər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi
istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal
ərazisindən keçməklə daxil ola bilərlər.
Sürücülərdən monitorinq müddətində müəyyən istiqamətlər üzrə nəqliyyat
vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş
olunur.
10:06
Oktyabrın 26-dan 27-nə keçən gecə saat 2:30-dan 5:30-dək Bakıda bir sıra küçə
və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Cixisyolu.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, buna səbəb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) tədbirinə
hazırlıq məqsədilə nəqliyyatın idarəedilməsi üzrə monitorinqlərin
keçirilməsidir.
“Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr
prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə
etmələri xahiş olunur,” – deyə məlumatda qeyd edilib.
istiqaməti dəyişdiriləcək
Bu gecə Bakıda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti
dəyişdiriləcək