c81e56f2-2a52-4ac6-9892-446ea99d03f5.jpg

Bu günədək 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib – RƏSMİ

Baxış sayı: 292 dəfə baxılıb.

“Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə
aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər
çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş
şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi”
mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə
molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin
düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə
açıqlanıb:

“Onlardan 131-nin eyniləşdirilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb
Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi
tərəfindən həyata keçirilib. Həmin Mərkəz Azərbaycan Prezidentiİlham Əliyevin
müvafiq tapşırığı ilə 2022-ci ildə yaradılıb”.

Source link