f05329c0-ced0-4e04-88cf-955c3d586d2c..jpg

Bu günədək BTC ilə dünya bazarlarına 4,3 milyard barel neft çıxarıldı

Baxış sayı: 709 dəfə baxılıb.

Bu günədək BTC ilə dünya bazarlarına 4,3 milyard barel neft çıxarıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstismara veriləndən indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru
kəməri vasitəsilə nəql olunaraq dünya bazarlarına 4,3 milyard barel neft
çıxarılıb”.

“Report” xəbər verir ki, bunu “bp-Azərbaijan” şirkətinin maliyyə məsələləri
üzrə vitse-prezidenti Kolin Alan bu gün Bakıda keçirilən Neft Sənayesi
Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında (SPE Annual
Caspian Technical Conference) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, BTC artıq 17 ildir istismarda olan yüksək texnoloji
imkanlara malik olan infrastruktur qurğusudur:

“Qeyd olunan vaxtda BTC ilə 4,3 milyard barel neft nəql olunub, buraya
Azərbaycan nefti ilə yanaşı Qazaxıstan və Türkmənistan nefti də daxildir”.

Xatırladaq ki, kəmərin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun
uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076
km-i Türkiyədən keçir.

Source link