Bu gün Türkiyə Böyük Millət Məclisində Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimi keçiriləcək.
ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Beştəpədə “Prezidentin vəzifəsinə başlama mərasimi” baş tutacaq.
Mərasimdə 22 dövlət başçısı və 28 ölkədən nümayəndə iştirak edəcək. Ümumilikdə, tədbirə 10 min insan qatılacaq. Azərbaycanı bu mərasimdə baş nazir Novruz Məmmədov təmsil edəcək.
Təbdirin sonunda 101 top atışı həyata keçiriləcək və gələn qonaqlara xüsusi hazırlanmış 1 lirəlik əskinazlar təqdim olunacaq.
Samir İsayev
www.ÇıxışYolu.Com