fd880d0a-6017-46df-b2bc-72177ff592fe..jpg

Bu gün 28 minə yaxın abituriyent imtahan verdi – YENİLƏNİB

Baxış sayı: 952 dəfə baxılıb.

Bu gün 28 minə yaxın abituriyent imtahan verdi – YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları üçün ali
təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi keçirilib.

Mərkəzdən verilən məlumata görə, V ixtisas qrupu üzrə ali təhsil
müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı,
müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak
etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul
imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən
cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; mart ayında keçirilmiş
buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində
Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı,
eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən
şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən
iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI
sinif məzunları üçün buraxılış imtahanı baş tutub.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan
şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir,
Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

İmtahanlarda 27 864 nəfərin iştirakı nəzərdə tutulurdu.

İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan
rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina
nümayəndəsi ayrılıb.

İmtahanlarda 64 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli
və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə
imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər
üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün
fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün
onların dinləmə ilə bağlı çətinlikləri nəzərə alınaraq xüsusi test kitabçaları
hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və
rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Aprelin 3-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin
emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq
tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın
1 ay ərzində elan olunması nəzərdə tutulur.

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə
gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə,
yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr,
müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə
mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv
olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də
buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda
bunlarla bağlı araşdırma aparılır.

09:22

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanlar keçirir.

Bu barədə Cixisyolu.com-a DİM-dən məlumat verilib.

Aprelin 2-də keçiriləcək imtahanların siyahısı aşağıdakı kimidir:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas
qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə
qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə
iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə
vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən
iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif
şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək
istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və
barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün
buraxılış imtahanı keçirilir.

Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində,
Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad,
Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil edilən imtahanlar
saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra
gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan
binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının
buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar
da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti
tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar
və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı,
təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı
(arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə
təsdiqlənir).

İmtahanda 27864 (Bakıda 8887, Naxçıvanda 1562, Gəncədə 2172, Şəmkirdə 658,
Qazaxda 801, Sumqayıtda 1443, Abşeronda 1033, Mingəçevirdə 1087, Şəkidə 1275,
Bərdədə 1530, Göyçayda 638, Kürdəmirdə 582, Şirvanda 748, Sabirabadda 805,
Salyanda 947, Lənkəranda 1471, Cəlilabadda 607, Xaçmazda 1618) nəfərin iştirakı
nəzərdə tutulur.

Bugünkü imtahanlarda 64 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə
əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan
verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər
təyin edilib.

İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan
rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina
nümayəndəsi ayrılıb.

Source link