Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib – YENİLƏNİB +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə –
1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar,
Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı
və Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə Cixisyolu.com-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468
imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və
ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190
bina nümayəndəsi ayrılıb.
İmtahanda 46 741 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic,
eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat
şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb,
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən
edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat
aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan –
şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə
imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli
arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki,
sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini,
şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan
şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin
emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların
yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan
olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını
özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən
açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin
saytına yerləşdiriləcək.
09:01
Bu gün 46 min 741 şagird üçün buraxılış imtahanı təşkil olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15
dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn
iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında,
Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara,
Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar,
Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə
baş tutacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya
müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış
vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil
olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti
tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar
və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı,
təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı
(arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə
təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı
üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından
yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet
vasitəsilə DİM-in saytından çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468
imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və
ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190
bina nümayəndəsi ayrılıb.
İmtahanda 46 min 741 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 40 nəfər
sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və
digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan
verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə
əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan
binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə
imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan
mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış
qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin
əməkdaşlarının mühafizəsinə verilir.