53ebe473-b517-4f1b-a189-4bfb84bbaad1..jpg

Bu gün 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib – YENİLƏNİB

Baxış sayı: 610 dəfə baxılıb.

Bu gün 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
keçirib.

Cixisyolu.com xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı,
Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir
– 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı,
Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2
№-li və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta
məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1
və Quba – 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 233 imtahan binası, 4158
imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və
ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233
bina nümayəndəsi ayrılıb.

Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da
buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə
verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və
Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə ümumi (9 illik) orta təhsil səviyyəsi
üzrə buraxılış imtahan keçirib.

İmtahanda 55 887 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic,
eşitmə əngəlli və digər) şagirdlər də iştirak edib. Bu şagirdlərin rahat
şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb,
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən
edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat
aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır. Bundan
əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada
olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan –
şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə
imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli
arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki,
sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini,
şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan
şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin
emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların
yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan
olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını
özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən
açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin
saytına yerləşdiriləcək.

09:00

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi
rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir – 1,
Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı,
Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Laçın (şəhər 2
nömrəli və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta
məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1
və Quba – 1 rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9
illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən Cixisyolu.com-a bildirilib ki, imtahan saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə
daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan
binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Respublikanın 25 şəhər və rayonunda təşkil olunan imtahan üçün 233 bina, 4158
imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və
ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233
bina nümayəndəsi cəlb edilib.

İmtahanda 55887 şagirdin iştirakı nəzərdə tutulur.

Bugünkü imtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral
iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə
imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Source link