Bu gün Ağdamın işğaldan azad olunmasından üç il keçir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Ağdam şəhərinin işğaldan azad olunmasından üç il keçir.
Cixisyolu.com xatırladır ki, Ağdam rayonunun işğaldan azad olunması Azərbaycan,
Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə
Üçtərəfli bəyanat əsasında baş verib.
Bəyanata uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan
Respublikasına təhvil verilib.
Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilib.
Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Ermənilər vaxtilə Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi
ərazisinin 77,4 faizini işğal etməyə nail olublar.
Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali
respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.
İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət
göstəririb.
2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb.
2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.