26e759a7-8aad-4970-8234-ff135f47a09d..jpg

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

Baxış sayı: 491 dəfə baxılıb.

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final
mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, Hamburqda gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat
21:00-da başlayacaq.

Püşkatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off
mərhələsindən sonra bəlli olacaq. A, B və C yollarından gələcək yığmalar 4-cü
səbətdə yer alacaqlar.

AVRO-2024 səbətlər:

I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə;

II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya;

III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A yolunda pley-off qalibi, B yolunda
pley-off qalibi, C yolunda pley-off qalibi.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində
təşkil olunacaq.

Source link