Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək

Baxış sayı: 2. 410 dəfə baxılıb.

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

ÇıxışYolu.Com-ın məlumatına görə, ilk oyunda doğma meydanda Avstriyanın “Zaltsburq” klubunu 2:0 hesabı ilə məğlub edən Fransanın “Marsel” komandası səfərdə bu üstünlüyünü qorumağa çalışacaq.

Günün daha çox gözlənilən oyunu isə İspaniyada baş tutacaq. Madridin “Atletiko” klubu Londonun “Arsenal” komandasını qəbul edəcək. Komandalar arasında keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatıb.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. 

www.ÇıxışYolu.Com