329d501b-4436-4f67-bc89-21437245e9ec..jpg

Bu gün Avropada Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq

Baxış sayı: 666 dəfə baxılıb.

Bu gün Avropada Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək
iclasında digər məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması prosesi müzakirə olunacaq.

Bu barədə Avropanın yüksəkrütbəli mənbəsindən məlumat verilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep
Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək.

Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım,
Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya
qarşı 13-cü sanksiyalar paketini müzakirə edəcəklər.

Mənbə: RİA Novosti

Source link