7e7bf797-509a-461d-bf5e-15d503235edc..jpg

Bu gün Azərbaycan Premyer Liqasında tura yekun vurulacaq – AFİŞA

Baxış sayı: 1. 983 dəfə baxılıb.

Bu gün Azərbaycan Premyer Liqasında tura yekun vurulacaq – AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.

Cixisyolu.com xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə “Sabah” “Turan Tovuz”u qəbul edəcək. Hazırda paytaxt klubu
53 xalla 2-ci, bölgə təmsilçisi isə 23 xalla 6-cı pillədə qərarlaşıb.

İki komanda bunadək ölkə çempionatında cəmi iki dəfə üz-üzə gəlib. Hər iki
matçda bakılılar qələbə qazanıb. Topların nisbəti 4:1-dir. Paytaxtdakı görüşdə
hər iki komanda qol vurub.

Turun son oyunu “Zirə” və “Qarabağ” arasında olacaq. “Qartallar” 32 xalla 4-cü
sırada yer alıb. “Köhlən atlar” isə 58 xalla turnir cədvəlinə başçılıq edir.

Klublar indiyə qədər Premyer Liqada 29 matçda qarşılaşıblar. Bunların 19-u
Ağdam təmsilçisinin xeyrinə başa çatıb. “Zirə” indiyədək qalib gəlməyib. 10
görüşdə isə heç-heçə qeydə alınıb. “Qarabağ”ın 62 qoluna Bakı klubu 13 topla
cavab verib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda son iki səfərdə böyükhesablı
qələbə qazanıb.

Azərbaycan Premyer Liqası
XXIII tur
19 fevral

16:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”.

19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” Gəncədə “Şamaxı”nı 3:2,
“Qəbələ” evdə “Sumqayıt”ı 2:1, “Neftçi” isə “Səbail”i 3:0 hesabı ilə məğlub
edib.

Source link