f79665aa-f3ff-4d9f-b594-353330f0e128..jpg

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günüdür

Baxış sayı: 904 dəfə baxılıb.

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri günüdür

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür. Hərbi hava qüvvələrinin
yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi
formalaşdırması 1992-ci ilə təsadüf edir.

14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi
təsis olunub.

1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi
təyyarəçilərimizin buraxılışına başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
xüsusi qoşun növüdür.

Hərbi Hava qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistanın
eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün “Qarabağ
mücrüsü” adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı
hazırlayıb.

Bu plan Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət olub.

Plan uğurla icra olunub və Ermənistan ordusunun məhv edilməsində böyük rol
oynayıb.

Source link