fceb9908-1147-4726-9c67-040609b06f0b..jpg

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür – FOTO

Baxış sayı: 582 dəfə baxılıb.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı
rayonunun Qəzyan kəndində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu
ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman
müəllimi işləyib.

Milli Qəhrəmanımız yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu,
ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş
səkkiz nəfər respublika və SSRİ çempionu olub.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı
Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri,
sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı
Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki
kilometrliyində olub.

Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun
sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, Qubadlı rayonunun
Qəzyan kəndində dəfn olunub.

Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunur. Digər
işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad
edildikdən sonra Milli Qəhrəmanımızın qəbri bərpa olunub. Qəbirdaşı
hazırlanaraq ətrafı səliqəyə salınıb.

Source link