ef5a808a-7828-4aac-9588-219cfc2c55a7..jpg

Bu gün Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür

Baxış sayı: 749 dəfə baxılıb.

Bu gün Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun anım
günüdür.

Vaqif Səmədoğlu 1939-cu il iyunun beşində Bakı şəhərində, məşhur Azərbaycan
şairi Səməd Vurğunun ailəsində anadan olub.

Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül
adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında təhsil alıb.

Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının
müdiri vəzifələrində çalışıb.

1962-1963-cu ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu
keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas
müəllimi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor
teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.
Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.

“Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc
olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, “Oğuz eli” qəzetinin
baş redaktoru vəzifəsində çalışıb. 2000-ci ildə Milli Məclisin deputatı seçilib.

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. O, Birinci
Fəxri xiyabanda dəfn olunub.

2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif
Səmədoğlunun büstünün açılışı olub.

Xalq şairi 2014-cü ildə İsraildə xərçəng xəstəliyindən müalicə olunan zaman
Allaha müraciətlə bir şeir paylaşır:

Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü
abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir
neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt
ayaqqabı da qoyulub.

“Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın
geyib getsin…”

Source link