a51bd826-98f7-4637-8e37-8958adee7d8d..jpg

Bu gün Bakının 550 küçəsi yuyuldu – FOTO

Baxış sayı: 1. 056 dəfə baxılıb.

Bu gün Bakının 550 küçəsi yuyuldu – FOTO

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq
bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməcliyi
keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat
xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə və prospektlərin
yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı
təmizlik və abadlıq işləri həyata keçirilib. Daxili iməclikdə Bakı Şəhər İcra
Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların
kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri
də yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər mütəmadi olaraq davam
etdiriləcək və bu işlər öz növbəsində Bakı şəhərinin daha da
gözəlləşdirilməsinə böyük töhfə olacaq.

Source link