2d215dea-f940-4127-b3dd-15631d63c727..jpg

Bu gün bayrağımızı düşmənə təslim etməyən şəhid Natiq Qasımovun doğum günüdür – FOTO

Baxış sayı: 494 dəfə baxılıb.

Bu gün bayrağımızı düşmənə təslim etməyən şəhid Natiq Qasımovun doğum günüdür
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Natiq Qasımovun doğum günüdür.

Cixisyolu.com xəbər veirir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq
Qasımov beş gün ac-susuz qalsa da bayrağımızı əlindən düşürməyib.

N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik
Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan
Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü
olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq
Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər
(Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən
əsir götürüb.

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən
Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş
gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından altıncı
gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər – Konstantin
Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir
götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının
1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

Source link