6747cdac-1caa-42de-b6d5-0c34eb09ee3c..jpg

Bu gün Beynəlxalq Teatr Günüdür

Baxış sayı: 662 dəfə baxılıb.

Bu gün Beynəlxalq Teatr Günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.

Cixisyolu.com xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə
Vyanada keçirilən IX konqresində qəbul edilib.

Hər il Beynəlxalq Teatr Günü münasibətilə nüfuzlu incəsənət xadimləri dünya
ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya
ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan
Kokto (1962-ci il) olub.

Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyanın bütün teatrlarında, o cümlədən
respublikamızda fəaliyyət göstərən teatrlarda hər il müxtəlif tədbirlər
keçirilir, tamaşalar nümayiş etdirilir.

Ölkəmizdə isə mart ayının 10-u – Azərbaycan milli teatrının əsası qoyulan günü
teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.

İlk dəfə 1873-cü il martın 10-da Bakı məktəbinin teatr həvəskarları truppası
tərəfindən M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya
qoyulub.

Source link