98bf65f4-6ac9-4301-9fb5-ba17513afe3d..jpg

Bu gün Cabbar Qaryağdıoğlunun doğum günüdür – VİDEO

Baxış sayı: 710 dəfə baxılıb.

Bu gün Cabbar Qaryağdıoğlunun doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri
bəstəkar, musiqi xadimi, xanəndə, Azərbaycanın xalq artisti Cabbar
Qaryağdıoğlunun doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və
musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Onu “Şərq
musiqisinin peyğəmbəri” adlandırırdılar.

Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib
Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən
yaxşı xalq ifaçısı şöhrətini qazanıb.

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada “Seyidli” məhəlləsində anadan olub.
Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi.
Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə
istiqamətləndirirdi. Uşaqlıqdan məhəllə uşaqları ilə “Qayabaşında”,
“Qırxpilləkəndə”, “Ağzıyastı kahada” quzu otaran Cabbar saatlarla “Dəlikdaşın”
üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük
xanəndəsinin yetişməsinə səbəb oldu.

Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və
əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca
həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür
yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə
qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir
qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran
yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir idi.
Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici
ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini
unutdururdu.

Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera
səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub.

Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük
məhəbbətlə çəkilir. Onun sənətinin sirrləri gənc xanəndələrə öyrədilir. Onun
“Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.

Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk
təşkilatçılarından biri olub.

Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu.

O, 1944-cü il aprelin 20-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.


Source link