Bu gün Davos İqtisadi Forumu işə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Davos İqtisadi Forumunun 54-cü iclası rəsmən işə başlayır.
“Report” xəbər verir ki, tədbir İsveçin Davos şəhərində keçirilir.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibi
Antoni Blinkenin Dünya İqtisadi Forumunda çıxış edəcəyi gözlənilir.
Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskinin də yanvarın 16-da
forumda çıxışı gözlənilir.
Qeyd edək ki, yanvarın 14-də tədbirin açılış mərasimi keçirilib. Forum
yanvarın 19-dək davam edəcək.
Xatırladaq ki, Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb. İqtisadi xarakter
daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə
ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin
şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər,
təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni
zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya
ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla
insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi
münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki
dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının
rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin
müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.