Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək

Baxış sayı: 2. 578 dəfə baxılıb.

Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək

Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatçısı müəyyənləşəcək.

ÇıxışYolu.Com-ın məlumatına görə, 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək. 

Bu komandalar DÇ-2018-də ikinci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu – 1:0.

10 iyulda keçirilən birinci yarımfinalda Fransa Belçikanı 1:0 hesabı ilə məğlub edərək finala çıxıb.

11 iyulda keçirilən ikinci matçda Xorvatiya 2:1 hesabı ilə İngiltərəyə qalib gəlib. 

DÇ-2018

14 iyul 

3-cü yer uğrunda oyun

18:00. Belçika – İngiltərə

Baş hakim: Alireza Faqani (İran) 

Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu stadionu

wwww.ÇıxışYolu.Com