Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür.
Cixisyolu.com xatırladır ki, Şirəli Müslümov 1805-ci ilin bu günü Lerik rayonunun
Barzavu kəndində doğulub.
136 yaşında qız atası olan Şirəli Müslümov üç dəfə ailə qurub. Onun 23 övladı
dünyaya gəlib. Uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb.
1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında “Şirəli dağdan
endi” adlı sənədli filmi də çəkilib.
Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında
şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə
doğurur.
Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf
etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin
düzgün qeyd olunması və digər aidiyyəti məsələlərin səhv olmaq ehtimalı da
mövcuddur.
Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem ötən əsrin 60-cı illərində çap
olunmuş özünün “Qafqaz xalqları və onların mədəniyyəti” əsərində Azərbaycana da
xüsusi yer ayırıb. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya
alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930)
camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını,
yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s.
olmamasını yazıb. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını
göstərməklə, 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf
etdiyini də qeyd edib.