9f2a4d6b-e0ad-4862-a531-87eaabf0a093..jpg

Bu gün dünyaşöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür – VİDEO

Baxış sayı: 556 dəfə baxılıb.

Bu gün dünyaşöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın Xalq artisti, ictimai xadim Zeynəb Yəhya qızı Xanlarovanın
doğum günüdür.

Cixisyolu.com xatırladır ki, görkəmli sənətkar 28 dekabr 1936-cı ildə Bakı şəhərində
anadan olub.

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf
Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən
Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli
və Məcnun” , “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.

Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları,
bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb
Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Cahargah” muğamının ilk
ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi
çəkilib.

1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun “Leyli
və Məcnun”, “Əsli və Kərəm” operalarında müvafiq olaraq Leyli və Əsli
obrazlarını yaradıb. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və
s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara
Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Changirov, Arif Məlikov, Emin
Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer
tutub. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər
ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.

Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının
Milli Məclisinin I, II, IV və V çağırış deputatı olub.

O, 7 iyul 1967-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 24 mart 1975-ci ildə
“Azərbaycan SSR Xalq artisti”, 15 mart 1978-ci ildə “Ermənistan SSR Xalq
artisti”, 28 iyul 1980-ci ildə isə “SSRİ Xalq artisti” fəxri adına layiq
görülüb.

2 iyul 1971-ci ildə “Şərəf nişanı”, 26 dekabr 1986-cı ildə “Xalqlar Dostluğu”,
27 dekabr 1996-cı ildə “Şöhrət”, 26 dekabr 2006-cı ildə “İstiqlal”, 26 dekabr
2016-cı ildə “Heydər Əliyev ordenlərinə layiq görülüb.

18 fevral 1986-cı ildə “Qızıl val” mükafatı (“Melodiya” firması), 26 aprel
1988-ci ildə Azərbaycan SSR Dövlət Mükafatı, 28 dekabr 2011-ci ildə Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. 1 aprel 2005-ci
ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.


Source link