1c9660be-82b5-443d-a2e1-e341edd749b3.jpg

Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun doğum günüdür

Baxış sayı: 26 dəfə baxılıb.

2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən dünyasını dəyişən Respublikanın
Əməkdar artisti Baloğlan Əşrəfovun doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Baloğlan Əşrəfov 1951-ci ildə Masallı rayonunun Bədəlan
kəndində anadan olub.

1978-ci ildə Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsini
qurtarıb, ardınca isə 5 il Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

O, 1989-cu ildə yaratdığı “Şəhriyar” (AzKonsert-in nəzdində) ansamblı ilə
Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər verib.

Baloğlan Əşrəfov ifa etdiyi mahnıların musiqilərini, demək olar ki, özü
bəstələyib.

Dünyanın bir sıra ölkələrində – Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün
böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib. İraqda Babilistan
festivalında Azərbaycanı tərənnüm edib.

B.Əşrəfov 2007-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri
adına layiq görülüb.

Müğənni 26 aprel 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib.

Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarları
yanında torpağa tapşırılıb.

Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun doğum günüdür
Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun doğum günüdür

Source link