fef522c7-a214-4d47-8167-8c2f4c418c67..jpg

Bu gün Faiq Ağayev 51 yaşını qeyd edir – FOTO

Baxış sayı: 826 dəfə baxılıb.

Bu gün Faiq Ağayev 51 yaşını qeyd edir – FOTO

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Faiq Balağa oğlu Ağayevin ad
günüdür.

O, 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini
fərqlənmə diplomu ilə bitirib.

F.Ağayev universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95”
Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” – Mogilyov-96
Beynəlxalq müsabiqəsində də qalib gəlib.

Bundan sonra onun peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.
1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir.
Həmçinin, 2012-2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi
çalışıb.

1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxır. 1998-ci ildə Faiq
Ağayev üç gün davam edən “10 il Sizinlə” solo konsertinə görə “İlin konserti”
nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi”
nominasiyasında “Humay” Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o,
“İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanıb.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin fərmanı ilə Faiq Ağayevə “Azərbaycan Respublikasının əməkdar artisti”
fəxri adı verilir.

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo
konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət
müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Xalq
artisti” fəxri adı verilib.

2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4
günlük anşlaqlı “VİDA” solo konsertləri keçib. Pərəstişkarlar arasında “Cənab
Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən
çox solo konsert verib.

Source link