12e34a95-f654-4616-a512-55e48279e36e..jpg

Bu gün Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olunub – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 670 dəfə baxılıb.

Bu gün Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olunub – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim
olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Füzuliyə qayıdan 25 ailə
respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq
tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan
azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak
ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərinə
yerləşiblər.

Bununla da Füzuli şəhərində 358 ailə olmaqla, 1298 nəfərin daimi məskunlaşması
təmin edilib.

06:34

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç
karvanı yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 13-də
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə
daha 25 ailə – 112 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 358 ailənin, yəni 1 298 nəfərin
daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link