60cfcd32-aa87-4773-afcf-05012eea7255..jpg

Bu gün geomaqnit qasırğası gözlənilir – YENİLƏNİB

Baxış sayı: 741 dəfə baxılıb.

Bu gün geomaqnit qasırğası gözlənilir – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif
impulsiv alışma baş verib.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika
kafedrasından verilən məlumatda deyilir.

Qeyd edilir ki, Günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub. 2-3
noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində
planetlərarası maqnit sahəsi normadan iki-üç dəfə yüksək olub. Günəş küləyinin
sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb.

“Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim)
səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə
G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün
ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur.

21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası
proqnozlaşdırılır. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp
əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək”, –
kafedranın məlumatında deyilir.

07:45

Güclü maqnit qasırğası qəflətən Yer kürəsini bürüyüb.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat verib.

“Noyabrın 5-də günün ikinci yarısında geomaqnit sahəsində qeyri-sabitlik qeydə
alınıb”, – deyə məlumatda qeyd olunur.

Kosmik hava monitorinqi məlumatlarına görə, Yerin maqnit sahəsində
qeyri-sabitlik dərəcəsi sürətlə G3 səviyyəsinə yüksəlib, bu da elmi təsnifata
görə güclü maqnit qasırğası deməkdir.

Qeyd olunur ki, bu səviyyədə bütün planetdə enerji sistemlərində problemlər, o
cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallar və yağ
transformatorlarının qaynaması müşahidə oluna bilər. Bundan əlavə, peyk və
aşağı tezlikli radionaviqasiya və yüksək tezlikli radio rabitəsində fasilələr
mümkündür.

“Orta enliklərdə qütb parıltısı müşahidə oluna bilər”, – deyə materialda qeyd
olunub.

Mənbə: Gazeta.ru

Source link