d538fc48-d915-46d9-9038-5e2762c4cc71..jpg

Bu gün görkəmli kinorejissor Rasim Ocaqovun doğum günüdür

Baxış sayı: 786 dəfə baxılıb.

Bu gün görkəmli kinorejissor Rasim Ocaqovun doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 22-si Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri
sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan
Rasim Ocaqovun doğum günüdür. Görkəmli kinorejissor, Dövlət mükafatı laureatı,
Xalq artisti yaşasaydı, bu gün 90 yaşını qeyd edəcəkdi.

Cixisyolu.com xatırladır ki, Rasim Ocaqov 1933-cü ildə Şəki şəhərində anadan olub.
1951-56-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun
kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.
1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü
ildən quruluşçu rejissor işləyib.

1950-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb.
1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə
alıb. Filmdə baş operator Marqarita Pilixina olub. 1958-ci ildə çəkilmiş “Onun
böyük ürəyi” filmi R.Ocaqovun ilk sərbəst işi idi.

Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə
adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir
formaya salının. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs
edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim
Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini
yaradıb.

Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış “Gəncəbasarlı qisasçı”
filminin tamamlanması olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o,
qəhrəmanların ifaçılarını dəyişib, ssenarini yenidən işləyib. Qatır Məmmədin
obrazını isə aktyor Şahmar Ələkbərova tapşırıb. Film ekranlara çıxanda isə
müəyyən iradlar deyilsə də, bütövlükdə uğurlu olduğu mətbuatda geniş qeyd
edilib.

Onun ikinci rejissor işi “Tütək səsi” filmi olub. “Tütək səsi” öz orijinal
səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan
kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi “Ad günü”, “Bağlı
qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”,
“İstintaq” filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla
tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara
göz yummamağa çağırır. “Təhminə”, “Otel otağı” kimi son filmlərində də ciddi
mövzulara toxunur, yenə də insanın cəmiyyətə münasibəti mövzusunda söhbət açır.

Rasim Ocaqov 1980-81-ci illərdə Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları
laureatına, 1982-ci ildə “Azərbaycanın Xalq artisti” fəxri adına layiq görülüb.
2002-ci il iyunun 11-də Azərbaycan Respublikasının Prezidentinin fərdi
təqaüdünə layiq görülüb.

R.Ocaqov 2006-cı il iyulun 11-də Bakıda dünyasını dəyişib. 2013-cü il noyabrın
22-də Bakıda yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin
müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli
İbadullayevdir. 2018-ci ildə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə
“Şəki, mən səni sevirəm” kino və foto müsabiqəsi təsis edilib.

Source link