2c1c064c-1a12-4fc6-9e63-950305a30a8d..jpg

Bu gün Həsənağa Turabovun anım günüdür

Baxış sayı: 937 dəfə baxılıb.

Bu gün Həsənağa Turabovun anım günüdür

Bu gün Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli
aktyor və rejissor Həsənağa Turabovun anım günüdür.

Cixisyolu.com xatırladır ki, Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində
anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və
1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən
Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna
qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii
rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir
edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib,
Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq
Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil
İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə
yaratdığı rollar arasında “Vahid” (“Kəndçi qızı”), “Azər” (“Yaxşı adam”),
“Hamlet” (“Hamlet”), “Lionel” (“Orman qızı”), “İsgəndər” (“Ölülər”), “Xəyyam”
(“Xəyyam”) xüsusilə seçilir.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində
maraqlı və yaddaqalan surətlər yaradıb. “Yeddi oğul istərəm” filmindəki “Gəray
bəy” obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu
“Babək” filmində yaratdığı “Afşin” roludur.

Həsənağa Turabovun “Axırıncı aşırım”, “Çarvadarların izi ilə”, “Ürək…
Ürək…”, “Sevinc buxtası”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin
oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. “Qanlı
zəmi” filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər Rüstəm
İbrahimbəyovla Ramiz Həsənoğlunun “Ailə” və Eldar Quliyevin “Nə gözəldir bu
dünya…” filmləri olub.

Həsənağa Turabov, eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərib.

O, 23 fevral 2003-cü ildə 64 yaşında dünyasını dəyişib.

Source link