13a3a228-ad30-444d-aa75-688355421548..jpg

Bu gün Həzi Aslanovun anım günüdür

Baxış sayı: 781 dəfə baxılıb.

Bu gün Həzi Aslanovun anım günüdür

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi
Aslanovun anım günüdür.

Cixisyolu.com xatırladır ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran
rayonunda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə
kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib.
Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə təhsilini
bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. Təhsilini başa
vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod
komandiri kimi fəaliyyətə başlayıb.

1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər
döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında
vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən
döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə
ağır zərbələr endiriblər. H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə
görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya
mənimsəyən qəhrəman yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb.
1944-cü ilin martında ona tank qoşunları general mayoru rütbəsi verilib. O,
Volqadan başlamış bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad
sahibi kimi göstərib. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali
Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın
edilməsində xüsusi məharət göstərib. H.Aslanovun qvardiya polku Rostov,
Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.

Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman
faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus
cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi
rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik
törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet
İttifaqı Qəhrəmanı adı verilib.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və
qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni,
Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz
ordeni və medallarla təltif olunub. Qəhrəmanın qəbri Bakıda Şəhidlər
Xiyabanındadır.1969-cu ildə Həzinin vətəni Lənkəranda onun ev muzeyi açılıb,
şəhərinin mərkəzində onun boyük heykəli ucalır. Bakıdakı küçələrdən və
metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.

Source link