40a065ae-ccce-4b67-9952-108b2fd9889b..jpg

Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Baxış sayı: 655 dəfə baxılıb.

Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi tanıdığı
Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Cixisyolu.com xatırladır ki, ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev 1823-cü
il yanvarın 25-də Bakıda anadan olub. Xeyriyyəçinin anası Ümmü xanım hələ Hacı
Zeynalabdin Tağıyev uşaq olarkən dünyasını dəyişib. Anasını itirəndə 10 yaşı
olan Zeynalabdini atası peşə öyrənsin deyə bir bənnanın yanına usta köməkçisi
olaraq göndərib. 15 yaşı tamam olanda Zeynalabdin bənnalıq etməyə başlayıb.

O, bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb,
müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma
işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib.
Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun
dəst-xəti hiss edilib.

Bir müddət sonra Zeynalabdin özünü ticarət sahəsində və yüngül sənayedə də
sınamaq qərarına gəlib. Hər iki sahədə də qabiliyyəti, fərasəti ilə uğur
qazanıb, dükanlara və manufakturaya sahib olub. O, həm də Bakı neftini Xəzər
dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan
birinə çevrilib.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub.
Kerosin zavodu ilə yanaşı, o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradıb. Bu
dövrlərdə Bakı əsl neft səltənətinə çevrilib. Bakı ətrafındakı kəndlərdə
torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb və
burada neft buruqları ucaldılıb. Bu, Hacını da maraqlandırıb və o, podratçılığı
buraxaraq neft işinə başlayıb.

Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı “H.Z.Tağıyev” adlandırdığı neft
şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verib və ən yeni
avadanlıq quraşdırıb.

Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Bundan sonra o, neft
zavodları alıb. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min rubl vəsait sərf
edərək, Bakıda ilk qızlar məktəbi tikdirib. Bəzi mənbələrdə qızlar məktəbinin
inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

Bu, bütün Qafqazda yeganə qızlar məktəbi olub. Binanı 1898-ci ildə tikməyə
başlayıblar. 1900-cü ildə hazır olub. Qızlar məktəbinin binası memarlıq
baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı
divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi
iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul
ayırıb.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət
kökündən dəyişib. İnsanların mülkiyyəti əlindən alınıb, milli kadrlar və
ziyalılar təqib edilməyə başlanıb. Hər şey Rusiyanın maraqlarına yönəlib. Yerli
əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman
Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O özünün artıq
əlindən alınmış keçmiş mülklərindən ancaq Mərdəkandakı bağ evini seçib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi
mənbələrə görə, 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib.

2023-cü il yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda
ucaldılan heykəlinin açılışı olub. Açılışda Azərbaycan Respublikasını Prezidenti
İlham Əliyevdə iştirak edib.

Source link