b4ac91b2-2be3-4d3b-bf62-8b360099f233..jpg

Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür

Baxış sayı: 684 dəfə baxılıb.

Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür.

Cixisyolu.com xatırladır ki, qətliamın törədilməsindən 31 il ötür.

1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa
rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu
nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.

Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və
Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə
– yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.

Qarabağ müharibəsi başlanan andan bu kəndlər erməni silahlı birləşmələrinin
əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli
tamamilə mühasirədə idi.

Fevralın 5-də kəndlərin üzərində uçan helikopter sakinlərə üzərində yaşayış
yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylayıb.
Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə
mümkün olub. Şuşaya uçan axırıncı helikopter isə yanvarın 28-də ermənilər
tərəfindən vurulub.

Fevralın 10-da gecəyarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum
ediblər. Qadın və uşaqlar Quşçular kəndinə qaçıblar. Bütün evlər yandırılıb.
Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşublar.

Məhz Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan
sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban
soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib.

Source link