Bu gün metro bağlı olacaq

Bu gün metro bağlı olacaq

Baxış sayı: 2. 284 dəfə baxılıb.

Bu gün metro bağlı olacaq

Bu gün Bakı Metropoliteni qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından test rejimində fəaliyyət göstərəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BNA və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında bildirilir.

“Bunu nəzərə alaraq 04 iyul 2018-ci il tarixində də paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək. Səhər saatlarında sərnişindaşıma tədbirlərində fasiləsizliyin təmin edilməsi eyni zamanda digər zəruri tədbirlərin vaxtında icrasını təmin edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə toplantı keçirilib”, – deyə məlumatda qeyd olunur.

Məlumatda qeyd olunub ki, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından “Bakı Metropoliteni” QSC-nin stansiyaları 04 iyul 2018-ci il tarixində sərnişinlərə bağlı olacaq.

Gün ərzində paytaxt ərazisində bütün metro stansiyalarının çıxışlarına, Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilərə əlavə ictimai sərnişindaşıma nəqliyyat vasitələri cəlb ediləcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.

Sərnişinlərdən mövcud vəziyyəti anlayışla qarşılamağı xahiş olunur.

www.ÇıxışYolu.Com