bb7bb922-570b-4f55-9571-003ff97eb77a..jpg

Bu gün Nəzakət Məmmədovanın doğum günüdür

Baxış sayı: 986 dəfə baxılıb.

Bu gün Nəzakət Məmmədovanın doğum günüdür

Azərbaycan müğənnisi, SSR əməkdar artisti Nəzakət Məmmədovanın doğum günüdür.

Sənətkar 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub. Uşaq
yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyiblər. Onların
bu istəyini nəzərə alan gənc qız Bakıya gəlib və Xarici Dillər İnstitutuna
daxil olub. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına
Bakı Musiqi Texnikumuna daxil olub. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və
Hacıbaba Hüseynov veriblər. Onların qarşısında “Bayatı-Qacar” oxuyan gənc qız
hər iki sənətkarın diqqətini cəlb edib. Sonralar təhsilini İncəsənət
İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət “Lalə” qızlar
ansamblında çalışıb. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və
1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxıb.

Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirib.
Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra
Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açıb. O, “Rast”,
“Qatar”, “Şahnaz”, “Segah” və digər muğamların, mahnı və təsniflərin mahir
ifaçısı kimi tanınıb. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və
məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilib. Türkiyə, İran,
Əfqanıstan, Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində
olub.

1980-ci il oktyabrın 21-də Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız
məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı
qırışlardan azad olmaq istəyib. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi
– bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub. Nəzakət
Məmmədova qanaxmadan dünyasını dəyişib. Əslən erməni olan həkim Karol isə
törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum
edilib.

Source link