Bu gün Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçiriləcək.
“Report“un məlumatına görə, “Bakcell Arena”da “Neftçi” “Keşlə”ni sınağa çəkəcək. Saat 18:30-da başlanacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq.
Dörd turdan sonra “Keşlə” 6 xalla 4-cü, “Neftçi” 4 xalla 6-cı pillədə qərarlaşıb. Meydan sahibləri qalib gəlsələr, 4-cü, qonaqlar qələbə qazansalar, 3-cü pilləyə yüksələcəklər.
Bu, iki komanda arasında Premyer Liqa tarixində yubiley – 60-cı oyun olacaq. Əvvəlki görüşlərin 31-də “Neftçi” qələbə qazanıb. Qalan 28 matçın yarısı heç-heçə, yarısı “Keşlə”nin qalibiyyəti ilə yekunlaşıb. Topların nisbətində də flaqman öndədir – 90:58.
“Neftçi” son 4 matçda qol buraxmadan qalib gəlib. “Keşlə” isə səfərdəki son 7 görüşdə xal qazanmayıb.
Turun ilk 2 oyununda “Sumqayıt” “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Səbail” – “Qəbələ” matçında isə bərabərlik qeydə alınıb – 1:1. Son oyun sentyabrın 23-də “Zirə” və “Qarabağ” arasında olacaq.
Azərbaycan Premyer Liqası, V tur
22 sentyabr (bazar)
18:30. “Neftçi” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”