7dd99e6c-bdfb-4bd7-9985-66fbd357ef4b..jpg

Bu gün Od çərşənbəsidir – FOTO

Baxış sayı: 876 dəfə baxılıb.

Bu gün Od çərşənbəsidir – FOTO

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Cixisyolu.com xatırladır ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci
çərşənbədir.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik
günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs
sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin
qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda
olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb,
alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları
yandırırlar.

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı,
ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin
ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu
qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu
“Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox
əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan
odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar
günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara
xoşbəxtlik gətirər.

Qeyd edək ki, çərşənbələrin sıralaması Su, Od, Hava və Torpaq şəklindədir.
Fevralın 21-i Novruz bayramının ilk – Su çərşənbəsi qeyd olundu. Növbəti
çərşənbə martın 7-nə təsadüf edir və Yel (Hava) çərşənbəsidir. Martın 14-də isə
sonuncu – Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəslinin Azərbaycana daxil
olması isə martın 21-i Bakı vaxtı ilə saat 1:24:24-ə təsadüf edəcək. Bu zaman
gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru
kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal
yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33
dəqiqə 23 saniyə olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21,
22, 23, 24-ü Novruz bayramıdır.

Source link