187b37db-8662-44b8-b811-f26cdab77bbb..jpg

Bu gün Ömər Eldarovun doğum günüdür – FOTO

Baxış sayı: 575 dəfə baxılıb.

Bu gün Ömər Eldarovun doğum günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün məşhur heykəltaraş, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan
Rəssamlıq Akademiyasının keçmiş rektoru Ömər Eldarovun doğum günüdür. Tanınmış
rəssam bu il 96 yaşını qeyd edir.

Cixisyolu.com xatırladır ki, Ömər Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar
Respublikasının Dərbənd şəhərində anadan olub.

Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini bitirdikdən sonra
Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ.Repin adına
rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində
təhsilini davam etdirib.

Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer
tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin,
şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə
Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, ulu öndər Heydər Əliyevin,
bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman
Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini
göstərmək olar. Eyni zamanda, sənətkar bir sıra kamera xarakterli, kiçikhəcmli
əsərlərin müəllifidir.

Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni
həyatının fəal iştirakçısıdır. 1958-68-ci illərdə o, Rəssamlar İttifaqının
Katibliyinə üzv seçilib. 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının
heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib.

Ömər Eldarov 1969-73-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada
mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə
isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli
Məclisə deputat seçilib.

Ö.Eldarov müstəqil Azərbaycanın ali dövlət mükafatı olan “İstiqlal” ordeni ilə
təltif edilib.

SSRİ (1980) və Azərbaycan Respublikasının (1982) Dövlət mükafatlarının
laureatıdır.

“Şərəf nişanı”(1959), “Qırmızı Əmək Bayrağı”(1986), “İstiqlal” ordenləri ilə
təltif olunub.

16 aprel 2014-cü ildə “Birlik ulduzları-2014” mükafatının laureatı olub. 18
aprel 2014-cü ildə akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və
monumental heykəltaraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik
Üzeyir Hacıbəyli adına mükafata layiq görülüb.

Ömər Eldarovun Vyanadakı Dunay-parkda ucaltdığı Üzeyir Hacıbəyov büstü, Cənubi
Koreyanın açıq səma altındakı məşhur muzeyində ucaldılan “Parçalanmış Vətən”,
Düşənbə şəhərində ucaldılan İbn Sina və Sədrəddin Ayninin, Ukraynada, Sapun
dağda 77-ci Azərbaycanın diviziyasının xatirəsinə ucaldılmış abidələrini misal
göstərmək olar.

Sədrəddin Ayninin heykəlinə görə Ömər Eldarov SSRİ Dövlət mükafatına layiq
görülüb. Türkiyədə ustad sənətkarın yaratdığı ümummilli lider Heydər Əliyevin
möhtəşəm abidəsi Qars şəhərində, İhsan Doğramacının heykəli Bilkənddə ucalır.
Bu əsərlərin xarici ölkələrdə qazandığı uğur Ömər Eldarovun sənətinin
milliliklə yanaşı, bəşəriliyinin bariz nümunəsidir.

Görkəmli heykəltəraş 2012-ci il dekabr ayının 17-də Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Cixisyolu.com kollektivi doğum günü münasibəti ilə Ömər Eldarovu təbrik edir. Xalq
rəssamı ilə axırıncı müsahibəmiziburadan oxuya
bilərsiniz.

Source link