a1f0b2e6-1175-4fc3-aa33-9dca2341ef60..jpg

Bu gün Tərtərdə mina partlayışında ölən şəxs daha əvvəl də minaya düşübmüş

Baxış sayı: 586 dəfə baxılıb.

Bu gün Tərtərdə mina partlayışında ölən şəxs daha əvvəl də minaya düşübmüş

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti
məlumat verir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Çaylı kəndi
yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

ANAMA-dan verilən məlumata görə, ilkin məlumata əsasən OZM tipli qəlpələnən
piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini
1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub.

Qeyd edək ki, cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş
verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərər çəkmiş, sol ayağı
topuqdan aşağı amputasiya edilmişdi.

Source link