be8373bf-6f5c-4a84-b971-35ccd61b7696..jpg

Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir

Baxış sayı: 543 dəfə baxılıb.

Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyidir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir.

1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd
olunması barədə qanun qəbul edilib.

Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda
mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib.

Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı
dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.

Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kvadrat kilometrdir. Hazırda
Türkiyənin əhalisi 86 milyondan çoxdur.

Source link