e47fc95b-6af1-422c-b011-954c9416667b..jpg

Bu gün Ümumdünya Su Günüdür

Baxış sayı: 663 dəfə baxılıb.

Bu gün Ümumdünya Su Günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

22 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları
Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın
Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və
İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının
1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları
Günü qeyd olunmağa başlanılıb.

Cixisyolu.com xatırladır ki, bu il BMT-nin diqqət mərkəzindəki məsələ su və
kanalizasiya böhranını həll etmək üçün dəyişikliklərin sürətləndirilməsidir.
Qlobal kampaniya insanları sudan istifadə, istehlak və idarəetmə üsullarını
dəyişdirmək üçün öz həyatlarında hərəkətə keçməyə təşviq edir.

Yer üzərində yaşayan insanların hər biri gün ərzində 2-4 litr su içir, bundan
daha çox içməli su isə istehlak olunan kənd təsərrüfatı məhsullarına sərf
olunur. Təmiz və içməli su problemi XXI əsrdə bəşəriyyətin qarşısında duran ən
aktual problemlərdən biridir. Yerüstü su ehtiyatlarımızın 70 faizi iri tranzit
çaylarla Kür, Araz, Qanıx, Samur çayı ilə daxil olan su ehtiyatlarıdır. Əsas su
arteriyalarımız olan Kür və Araz çayları qonşu ölkələrin ərazisində yüksək
dərəcədə çirklənməyə məruz qalır.

Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı
səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə
təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.

Source link