4d32e470-bdb6-4eb0-a38f-0f0293d1b0c4..jpg

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 917 dəfə baxılıb.

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib –
YENİLƏNİB + FOTO/VİDEO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik maşınları Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət
ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya
sülhməramlılarına məxsus avtomobillərin sayı 32-yə çatıb.

20:06

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ruh
yüksəkliyi ilə davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, soyuq və şaxtalı hava
şəraitinin müşahidə olunmasına baxmayaraq, aksiya iştirakçıları axşam
saatlarında da yüksək fəallıq nümayiş etdirirlər.

Onlar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini
ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin
haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı
qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda aksiya dinc etirazçıların nümayiş etdirdiyi yüksək əhval-ruhiyyə ilə
davam edir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun
Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində
Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb
vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan
oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”,
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет!
Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək
səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və 55 gündür
davam edir.

17:59

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik maşınlarından 2-si Xankəndidən Laçın, biri isə əks
istiqamətə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində aksiya keçirilən ərazidən maneəsiz hərəkət edən
avtomobillərin sayı 46-ya çatıb.

16:05

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə
(BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 7 minik və 1 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.

Bundan başqa, Rusiya sülhməramlılarına məxsus daha beş avtomobilin aksiya
keçirilən ərazidən hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

Bununla da gün ərzində aksiya keçirilən ərazidən maneəsiz hərəkət edən
avtomobillərin sayı 43-ə çatıb.

13:54

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 19
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində aksiya keçirilən ərazidən maneəsiz hərəkət edən
avtomobillərin sayı 30-a çatıb.

09:50

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə
(BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 7 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bundan başqa, Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin aksiya
keçirilən ərazidən hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Belə ki, 1 minik və 2 yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz
hərəkət edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

08:48

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın
Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına
qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli beş gündür davam
edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları
ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa
ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib.
Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə
lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail
olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.


Source link