1e01f61a-eec1-451b-9015-d3695f2bed8b..jpg

Bu gün Zəngilan Şəhəri Günüdür

Baxış sayı: 624 dəfə baxılıb.

Bu gün Zəngilan Şəhəri Günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Zəngilan Şəhəri Günüdür.

Cixisyolu.com-ın xəbərinə görə, ilk dəfədir ki, Zəngilan Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər
il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq.

Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı
qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – oktyabrın
20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun
Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad
edilib.

Azad olunan ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.

Source link