9f3a1517-4d00-43ca-b63b-d8d4341e73f5.jpg

Bu gündən etibarən COP29 zolaqlarına daxil olmaq qadağası qüvvəyə mindi

Baxış sayı: 149 dəfə baxılıb.

Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından minik
avtomobillərinin istifadəsinə qoyulanqadağa

qüvvəyə minib.

Cixisyolu.com xəbər verir ki, bu gündən (1 noyabr – red.) 26 küçə və prospektdə –
Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və
Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad
Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl
Useynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi,
İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq,
Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil
olmaq qadağandır.

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi
xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.

COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də
onlara 3 bal yazılacaq.

Source link