ea6a9d36-73f9-4dea-8eed-1d63986ec5fd..jpg

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayırlar

Baxış sayı: 704 dəfə baxılıb.

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli
monitorinqinə başlayırlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri
fevralın 4-dən Azərbaycanda seçknin qısamüddətli monitorinqinə başlayırlar.

“Report” xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi
Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis
rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan
deputatlar və senatorlar daxildirlər.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində MDB
Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan
Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək. Qrupun
tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi
Assambleyanın rəsmiləri də daxil olacaq.

Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın
regionlarında seçki məntəqələrinə səfər edəcəklər. Xarici ölkələrdəki seçki
məntəqələrində də monitorinqlər aparılacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkisi 2024-cü il fevralın
7-də keçiriləcək.

Source link