a3206b24-37ce-440e-97c1-9d9b5f61c1b2..jpg

Bu gündən prezident seçkilərinin təşviqat kampaniyası başlayır

Baxış sayı: 649 dəfə baxılıb.

Bu gündən prezident seçkilərinin təşviqat kampaniyası başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı
təşviqatın aparılmasına başlanılır.

Cixisyolu.com xəbər verir ki, fevralın altısı saat 8:00-da təşviqatın aparılması
dayandırılacaq.

Qeyd edək ki, fevralın yeddisində Azərbaycanda növbədənkənar prezident seçkisi
keçiriləcək. Yanvarın doqquzunda prezidentliyə namizədliyin qeydə alınması başa
çatıb. Seçkidə yeddi namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət
Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Source link